Avropa İttifaqı keçәn il ölәn Misirin keçmiş prezidenti Hüsnü Mübarәkә qarşı tәtbiq olunan sanksiyaları lәğv edib.
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, bu barәdә Avropa İttifaqı Şurasının yaydığı bәyanatda bildirilib. Bәyanatda Hüsnü Mübarәk vә ailә üzvlәrinә qarşı tәtbiq olunan sanksiyaların lәğv edildiyi bildirilib.
Bәyanatda hәmçinin 2011-ci ildә qәbul edilәn sanksiya qәrarının mәqsәdinin Misir orqanlarının dövlәt fondlarını qorumaq olduğu vurğulanıb.
Avropa İttifaqına üzv dövlәtlәrin xarici işlәr nazirlәri 2011-ci ilin 21 mart tarixindә Mübarәk vә ailәsinin Avropa İttifaqındakı aktivlәrinin dondurulması ilә bağlı qәrar qәbul etmişdi.
Qeyd edәk ki, Hüsnü Mübarәk 2020-ci ilin 25 yanvar tarixindә vәfat etmişdi.