Avropa İnsan Haqları Təşkilatından İsrailə sərt reaksiya

Avropa İnsan Haqları Təşkilatından İsrailə sərt reaksiya

Avropa-Aralıq dənizi İnsan Haqları Təşkilatı (Euro-Med) İsrail Baş Naziri Binyamin Netanyahunun “İsrail əleyhinə istintaq açmaq səlahiyyəti olmayan Beynəlxalq Cinayət Məhkəməsi (BCM) ilə əməkdaşlıq edilməyəcəyik” şəklindəki ifadəsinə sərt reaksiya verib.

Rasthaber Azərbaycan trt-yə istinadən xəbər verir ki, təşkilatın mövzu ilə bağlı açıqlamasında: “İsrail belə bir qərarı müharibə cinayətləri və insanlığa qarşı cinayətlər təşkil edə biləcək pozuntular törətdiyinin idrakında olduğu üçün qəbul edib. Lakin beynəlxalq istintaqlarda əməkdaşlıq etməmək məsuliyyətdən yayınma əlamətidir”.

 BCM-dən təzyiqlərə biganə qalmaması və istintaqa başlaması tələb edilən açıqlamada Avropa İttifaqına (Aİ) üzv ölkələr BCM istintaqını dəstəkləməy çağrılıb. Vəkillərin, şahidlərin və qeyri-hökumət təşkilatları aktivistlərinin qorunmaları tələb edilib.

Xatırladaq ki, 8 Apreldə Baş nazir Netanyahunun müdafiə naziri Benny Gantz, baş prokuror Avichai Mandelblit və təhlükəsizlik xidmətinin yüksək vəzifəli şəxsləri ilə keçirdiyi iclasda, BCM Prokuroru Fatou Bensoudanın İsrail əleyhinə istintaq başladmağa səlahiyyətinin olmadığının İsrailin bu çərçivədə BCM ilə əməkdaşlıq etməkdən imtina edəcəyinin ona bildirilməsi qərarına gəlindi.

Xəbəri paylaş

VİDEOLAR