ABŞ, Rusiya və Braziliya yekun siyahıya daxil edilməyib.
Rasthaber Azərbaycan xəbər verir ki, vətəndaşlarına 1 iyuldan Avropa İttifaqına səfər etməsinə icazə verilən ölkələrin siyahısı dərc edilib.
Diplomatik mənbədən bildirilir ki, siyahı 15 ölkədən ibarətdir: Avstraliya, Əlcəzair, Gürcüstan, Kanada, Yaponiya, Monteneqro, Mərakeş, Yeni Zelandiya, Ruanda, Serbiya, Cənubi Koreya, Tailand, Tunis, Uruqvay və Çin.
Qeyd edilir ki, Çinin də öz sərhədlərini Avropa İttifaqı vətəndaşlarına açması şərti ilə Çin bu siyahıya daxil edilib.
ABŞ, Rusiya və Braziliya yekun siyahıya daxil edilməyib.
Xatırladaq ki, koronavirus pandemiyasına görə Avropa ölkələri mart ayında öz sərhədlərini qeyri-Aİ vətəndaşları üçün bağlayıb.