Aİ-nin dərman tənzimləmə qurumu olan Avropa Dərman Agentliyi (EMA) "BioNTech/Pfizer" peyvəndinin təsdiqlənməsini 21 dekabrda təsdiqləyib
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri yeni koronavirus (Covid-19) əleyhinə hazırlanmış peyvəndlərin paylanmasının yavaş irəlilədiyi tənqidlərindən sonra prosesi müzakirə etmək üçün video-konfrans metodu ilə yığıncaq keçirəcəklər.
Aİ Şurasının sədri Şarl Mişel Aİ-nin növbəti sədrliyini təhvil alan Portuqaliyaya səfəri zamanı baş nazir Antonio Kosta ilə təşkil etdiyi mətbuat konfransında "BioNTech" ilə "Pfizer" şirkətləri tərəfindən hazırlanan peyvəndin Aİ tərəfindən təsdiqlənmiş olmasına baxmayaraq yavaş paylanması ilə bağlı tənqidlərə cavab verib.
Aİ ölkələri yerli hakimiyyət orqanları və Aİ qurumları kimi birlikdə hərəkət etdiklərini bildirən Mişel "Biz bunu böyük bir sınaq kimi görürük. Bu səbəbdən "Covid-19" böhranının öhdəsindən necə gələcəyimizi və peyvənd paylanmasını müzakirə etmək üçün yanvar ayının axırından əvvəl dövlət və hökumət başçıları səviyyəsində bir daha video-konfrans formatında yığıncaq keçirəcəyik" deyib.
Qeyd edək ki, Aİ-nin dərman tənzimləmə qurumu olan Avropa Dərman Agentliyi (EMA) "BioNTech/Pfizer" peyvəndinin təsdiqlənməsini 21 dekabrda təsdiqlədi və AB Komissiyası həmin gün peyvəndi təsdiqlədi. Dekabrın son günlərində Aİ ölkələrində peyvəndlərin paylanması və vaksinasiya kampaniyaları başladı. Bununla yanaşı peyvənd paylamasının yavaş davam etdiyi və planlanan dozaların yalnız yarısının ilk həftələrdə bir çox ölkəyə çatdırıla biləcəyi bildirilir. Yavaşlığın səbəbləri arasında istehsal tutumu və lojistik kimi problemlər göstərilir. Bəzi ölkələrdə hələ çox az insanın peyvəndləndiyi, bunun da bürokratiya kimi çətinliklərdən qaynaqlandığı ifadə edilir.