Avropa Birliyi cəbhədəki insidentə münasibət bildirib

Avropa Birliyi cəbhədəki insidentə münasibət bildirib

Avropa Birliyinin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə aparıcı sözçüsü Peter Stanonun adından Azərbaycan və Ermənistan sərhədində baş vermiş insidentlə bağlı bəyanat yayılıb.

Rasthaber Azərbaycan voanews-a istinadən xəbər verir ki, bəyənatda  Avropa Birliyi tərəfləri silahlı qarşıdurmanı dayandırmağa, gərginlik yaradacaq hərəkət və ritorikadan çəkinməyə, vəziyyətin daha da qızışmaması üçün dərhal tədbirlər görməyə çağırır.

“Bu kontekstdə hər iki tərəf birbaşa kommunikasiya üçün mövcud mexanizmdən, ATƏT-in Minsk qrupu həmsədrlərinin və ATƏT-in fəaliyyət olan sədrinin şəxsi nümayəndəsinin başçılıq etdiyi formatdan istifadə etməlidirlər. Atəşkəsin bu ciddi pozuntusu ATƏT-in yerdə monitorinqinin mümkün qədər tez bərpasının vacibliyini göstərir. AB tərəfləri atəşkəsə sərt şəkildə əməl etməyə, enerji və resursları koronavirus pandemiyası ilə mübarizəyə yönəltməyə, ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə substantiv danışıqlar aparmağa, əhalini sülhə hazırlamağa çağırır,” bəyanatda deyilir.

Xəbəri paylaş

VİDEOLAR