Avropa 3-cü ölkələr üçün 3-cü vaksini tələb edəcək

Avropa 3-cü ölkələr üçün 3-cü vaksini tələb edəcək

Avropa İttifaqı (Aİ) daxilində və üçüncü ölkələrdən səfərlər zamanı yeni növ koronavirus (Covid-19) üçün ikinci dozadan sonra 9 ay ərzində üçüncü doza peyvəndi olmayanların sertifikatını etibarsız sayacaq.

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir.

Məlumata görə,  Aİ Ədalət Komissiyasının üzvü Didier Reynders mətbuat konfransında deyib: “Aİ 3-cü gücləndirici dozanın peyvənd sertifikatlarına 2-ci dozanın verildiyi tarixdən sonra 9 ay ərzində həm ittifaq daxilində, həm də peyvənddə işlənilməsi tələbi qoyur.

  3-cü doza olmazsa, sertifikat etibarlılığını itirir.

  Qərar Avropada son vaxtlar “Covid-19" yoluxmalarındakı ciddi artımla əlaqədar qəbul olunub.”  

  Səyahət məhdudiyyətlərindən azad edilən ölkələrin siyahısını müntəzəm olaraq yeniləmək əvəzinə, Avropa İttifaqı "şəxs əsaslı" sistemə keçməyi planlaşdırır.

  1 mart 2022-ci il tarixindən etibarən Aİ Rəqəmsal Sertifikatı və ya Aİ tərəfindən tanınan, tam peyvənd olunduqlarını və ya xəstəlikdən sağaldıqlarını və 3-cü dozadan sonra 9 ay ərzində 3-cü doza olduğunu isbatlayan digər sənədlərlə ittifaq ölkələrinə səyahət etmək mümkün olacaq.

  Bu qaydalar 6-17 yaş aralığında olanlar üçün də keçərlidir.

  Bütün uçuşlarda mənfi PCR testi zəruriliyi də saxlanılır.

  Xatırladaq ki, Aİ Türkiyənin peyvənd sertifikatını 19 avqustda tanıyıb.

  Aİ-nin dərman təşkilatçısı EMA ittifaqa üzv ölkələrdə “BioNTech-Pfizer”, “Moderna”, “AstraZeneca” və “Johnson&Johnson” firmaların tərəfindən istehsal edilən peyvəndlərin istifadəsinə icazə verir.

  Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi (ECDC) tərəfindən 24 noyabrda verilən məlumatda görə, Avropada dekabr və yanvar aylarında Delta virusu arta bilər və buna görə möhkəmləndirmə dozalarının qəbul edilməsi tövsiyə olunur.

Xəbəri paylaş

VİDEOLAR