AVRO-2020-nin pley-off oyunlarının yeni tarixi açıqlandı

AVRO-2020-nin pley-off oyunlarının yeni tarixi açıqlandı

AVRO-2020-nin pley-off oyunlarının tarixi dəyişdirilib.

Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir ki,  bu barədə UEFA qərar qəbul edib.

Quruma üzv olan 55 milli assosiasiyanın baş katibi ilə bugünkü videokonfransda yığmaların pley-off mərhələsindəki qarşılaşmalarının yeni vaxtı müəyyənləşib. İyunda keçirilməsi nəzərdə tutulan görüşlər sentyabra salınıb.

Qeyd edək ki, UEFA yığmaların iyundakı yoldaşlıq görüşlərini ləğv edib.

Pley-off oyunları

A liqası

İslandiya - Rumıniya

Bolqarıstan - Macarıstan

B liqası

Bosniya və Herseqovina - Şimali İrlandiya

Slovakiya - İrlandiya

C liqası

Şotlandiya - İsrail

Norveç - Serbiya

D liqası

Gürcüstan - Belarus

Şimali Makedoniya - Kosovo

Xəbəri paylaş

VİDEOLAR