Aun: Bütün bunlara səbəb qarətlər, rüşvət, uğursuzluqlardır

Aun: Bütün bunlara səbəb qarətlər, rüşvət, uğursuzluqlardır

Livanın mövcud iqtisadi böhrandan çıxmasına üçün azı 6-7 il lazım olacaq.

Az.rasthaber.com AA-ya isstinadən xəbər verir ki, bu barədə Livan prezidenti Mişel Aun bəyan edib.

O deyib ki, böhranın son iki ili ərzində ölkədəki işsizlik və yoxsulluq rekord səviyyəyə çatıb.

“Livanda birmənalı olaraq dəyişikliklər baş verəcək. Dəyişikliklər həm ideoloji, həm də praktiki səviyyədə olacaq, çünki biz hazırkı vəziyyətə qarətlər, korrupsiya, sistem xətaları və uğursuzluqlara görə gəlmişik”, - deyə o qeyd edib.

Aunun sözlərinə görə, bütün bu faktorlar dəyişiklikləri qaçılmaz edir, lakin buna 6-7 il lazımdır.

Xatırladaq ki, Livandakı iqtisadi böhran 2019-cu ildən davam edir.

Xəbəri paylaş

VİDEOLAR