ATƏT-in Minsk Qrupunun fransalı həmsədri dəyişdi

ATƏT-in Minsk Qrupunun fransalı həmsədri dəyişdi

Fransanın ATƏT-in Minsk Qrupundakı təmsilçisi dəyişib.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Fransa hökumətinin saytında məlumat verilib.

Bildirilib ki, Stefan Viskontinin yerinə bu vəzifəyə Bris Rokfeyl təyin edilib.

Qeyd edək ki, S. Viskonti 2016-ci ilin oktyabrından etibarən adıçəkilən vəzifədə çalışıb.

Xatırladaq ki, yeni təyinata qədər B. Rokfeyl Fransanın Panama və Özbəkistanda səfiri, Rio de Janeyroda Baş konsulu, 2000-ci illərdə Fransanın Rusiya və Türkiyədəki səfirliklərində siyasi məsləhətçi olub.

Xəbəri paylaş

VİDEOLAR