Atəşkəsi pozmaqda israr edən cani İsrail ordusu Rəfaha hücum edib

Atəşkəsi pozmaqda israr edən cani İsrail ordusu Rəfaha hücum edib

Sionist İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfah şəhərinə endirdiyi hava hücumunda bir fələstinli şəhid olub. Hadisə atəşkəs əldə edildikdən sonra baş verib.

Az.rasthaber.com xəbər verir ki, sionist İsrail ordusu atəşkəsə baxmayaraq, Qəzza zolağının cənubundakı Rəfah şəhərinə hücum edib. Hava hücumu nəticəsində bir fələstinli şəhid olub. Hücum tərəflər arasında razılaşdırılan atəşkəsə baxmayaraq baş verib və bölgədə gərginliyi artırıb.

Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, sionist İsrail ordusuna məxsus pilotsuz təyyarə Rəfah şəhərinin şərq hissəsini hədəfə alıb.

Yanvarın 19-da İsraillə Həmas arasında əldə olunan atəşkəsə baxmayaraq, işğalçı İsrail ordusu Qəzza zolağının müxtəlif bölgələrində müxtəlif üsullarla pozuntularını davam etdirir.

Sionist İsrail ordusunun dünən Qəzza zolağının mərkəzində yerləşən Bureyc Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda 3 fələstinli qardaş şəhid olub.

Xəbəri paylaş

VİDEOLAR