Atom bombası istehsal edən Dimona zavodu fəaliyyətini genişlətməkdədir

Atom bombası istehsal edən Dimona zavodu fəaliyyətini genişlətməkdədir

İranın xarici işlər naziri öz tvitter hesabında yazıb ki, sionist rejim bölgədə yeganə atom bombası düzəldən zavod olan Dimona-nı genişləndirməkdədir.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir, İran XİN başçısı Məhəmməd Cavad Zərif dünən bu tvittdə Amerika prezidenti, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, İngiltərənin baş naziri Boris Conson, Fransanın prezidenti Emmanuel Makronun tvitt hesbalarına işarə edərək, Almaniyanın kansleri Angela Merkelin adını da bu tvittdə çəkibdir.

Zərif vurğulayıb: "Amerika prezidenti, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Boris Conson, Emmanuel Makron, Angela Merkel olduqca nigaransız? Nigaransız? Hətta azca da olsa belə? Ümumiyyətlə, fikir bildirməyin sizin üçün önəmi varmı? Mən belə olacağını düşünürdüm".

Xəbəri paylaş

VİDEOLAR