Ankarada PKK və İŞİD-ə qarşı anti-terror əməliyyatı həyata keçirilib
Rasthaber Azərbaycan xəbər verir ki, bu gün səhər saatlarında Ankarada PKK və İŞİD-ə qarşı anti-terror əməliyyatı həyata keçirilib.
İŞİD terror qruplaşmasının döyüşçüsü olmaqda ittiham olunan 15 nəfərdən 9-u tutulub.
Digər əməliyyat zamanı isə PKK terror qruplaşmasının üzvü olmaqda şübhəli bilinən 3 nəfərdən 2-si saxlanılıb.
Əməliyyat zamanı tutulanların hamısı xarici ölkə vətəndaşlarıdır.