Türkiyənin paytaxtı Ankaranın rəmzi olan Atakule qülləsi Azərbaycan bayrağının rənglərilə işıqlandırılıb.
Rasthaber Azərbaycan TRT-yə istinadən mәlumatına görә, Atakule qüllәsinin üstündəki işıq-şou Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınmasında Azərbaycana dəstək və həmrəylik nümayişi məqsədilə təşkil olunub.
Atakule qülləsinin zirvəsindəki ekranda “Bir millət, iki dövlət” ifadəsi, onun ardınca isə “Can Azərbaycan!” şüarı yer alıb. İşıqlandırma prosesində Azərbaycan və Türkiyə bayraqları birgə təsvir olunub.