Türkiyə paytaxtında İŞİD-ə qarşı anti-terror əməliyyatı keçirilib
Türkiyə paytaxtı Ankarada İŞİD-ə qarşı anti-terror əməliyyatı keçirilib.
Rasthaber Azərbaycan xəbər verir ki, Ankara Prokurorluğu bu barədə yazılı açıqlama yayıb.
Açıqlamada qeyd edilir ki, İŞİD terror qruplaşmasının 7 Suriya və İraq vətəndaşı, qarşıdurma bölgələrilə əlaqələrinin olması və terror qruplaşmasına üzv oma şübhəsilə saxlanılıblar.
Əməliyyatı Terrorla Mübarizə İdarəsi həyata keçirib.
Saxlanılanların adları açıqlanmayıb.