Amnesty International-dan İsrailə qarşı iddia

Amnesty International-dan İsrailə qarşı iddia

Cümə axşamı İsrail məhkəməsi dünyada jurnalistləri və müxaliflət qüvvələrinin izlənməsini təmin edən İsrail şirkəti NSO Qrupunun məhdudlaşdırılmasına çağıran bir iddiaya baxıb.

Rasthaber Azərbaycan "voa"ya istinadən xəbər verir ki, Amnesty İnternational təşkilatı tərəfindən qaldırılan iddia İsraili casus proqram firmasının proqramlarını xaricə satmaq lisenziyasını ləğv etməyə, xüsusən də məhsulunu təhlükəli məqsədlər üçün istifadə edə biləcək rejimlərə satmasına mane olmağa çağırıb.

"Bunlar bildiyimiz ən təhlükəli kiber silahlarıdır və bunlara lazımi şəkildə nəzarət edilmir" - deyə, Amnesty International-ın İsraildəki nümayəndəsi Gil Naveh bildirib. "Lisenziyaların ləğvini istəməyimizin səbəbi budur" - deyə, o əlavə edib.

İsrailin NSO şirkəti bir sıra rəqəmsal proqramlara giriş cəhdlərində tətbiq olunub və bu məhkəmə işi şirkət və onun məhsuluna qarşı son qərar olacaq. Keçən il Facebook ABŞ-dakı Hacker-for-Hire şirkətini 1400-ə yaxın istifadəçisini hədəf aldığına görə məhkəməyə vermişdi.

2018-ci ildə Amnesty işçilərindən birinin zərərli proqramla hədəf alındığını, hakerlərin bir işçisinin smart-fonuna girərək, WhatsApp mesajından istifadə eməklə Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirliyi qarşısında edilən etirazla əlaqədar məlumat almağa çalışdığını bildirib.

Casus proqramından 2018-ci ildə Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda səudiyyəli jurnalist Camal Xaşuqçinin dəhşətli şəkildə öldürülməsində də istifadə edilib.

Xəbəri paylaş

VİDEOLAR