Amerikanın iradəsinin İraqa qəbul etdirilməsinə imkan verməyəcəyik!

Amerikanın iradəsinin İraqa qəbul etdirilməsinə imkan verməyəcəyik!

İraq Hizbullahı batalyonları bildirib ki, iraqlı siyasi qüvvələr heç bir tərəfə Amerikanın muzduru olan şəxsiyyətləri onlara qəbul etdirməyə icazə verməməlidirlər

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İraq Hizbullahı batalyonları dünən gecə yaydıqları bəyanat veriblər.

Məlumata görə, siyasi qüvvələr Bərhəm Salehin bu ölkənin əsas qanununu pozandan sonrakı məsuliyyətsiz rəftarları ilə qətiyyətli mübarizənin aparılmasını istəyirlər.

İraq prezidenti Bərhəm Saleh cümə axşamı günü Əl-bina koalisiyasının baş nazir vəzifəsinə təklif etdiyi Əsəəd Ələydaninin namizədliyinə qarşı çıxaraq, vəzifəsindən istefa verdiyini bildirib.

 İraq parlamentində əksəriyyətdə olan fraksiya Əl-bina koalisiyası məhz Əsəəd Ələydaninin baş nazir olmasını istəyib.

Bu ölkə konstitusiyasına əsasən, İraq prezidenti yeni baş naziri təqdim etməyə məsuldur.

İraqdakı siyasi qruplar indiyədək bu ölkədə baş nazirlik vəzifəsinə namizədin irəli sürülməsində üstündə razılığa gəlməyiblər.

Saleh istefa müraciətində bildirib ki, Konstitusiya ona Baş Nazir namizədlərini rədd etmək hüququnu vermir və buna görə də o, istefa ərizəsini parlamentə təqdim etməyə hazırdır.

Kürd milliyətindən olan prezidentin bu qərarı İraq Parlamentinin son seçki haqqında qəbul etdiyi və kürdlərin boykot etdiyi  qanunla əlaqələndirilir. Belə ki, İraq Məclisindəki Kürd partiyalar, layihəyə etirazlarını ortaq yazılı açıqlama ilə bildiriblər. Açıqlamada kürdlərin tələblərinin diqqətə alınmadığı və özəlliklə layihədə 15 və 16-cı maddələrə qarşı çıxıldığı önə çəkilib.

Yeni seçki layihəsinin 15-ci maddəsinə görə, seçki çevrələri rayon səviyyəsində təyin olunacaq və hər rayonda ən çox səs alan namizəd millət vəkili seçiləcək. Kürdlərin etiraz etdiyi 16-cı maddə isə qadınlar üçün təyin olunan kvotanın 25 faizlə məhdudlaşdırılması nəzərdə tutulur. İraq Məclisində Kürd siyasi partiyaların ümumi 58 deputatı var.

Xəbəri paylaş

VİDEOLAR