Müstəqil amerikalı senator ABŞ prezidentini xəstə yalançı adlandırıb.
Berni Senders bir tvitter mesajında Amerika prezidenti Donald Trampın özünün ikinci prezidentlik dövründə daha yaxşı müalicə sığortası təşkil edəcəyi barədəki vədinə işarə ilə deyib ki, Tramp yalnız öz sözlərinİ təkrar edən xəstə bir yalançıdır.
"Ötən dörd ildə Tramp müalicə sığortasını iyirmi milyon amerikalının əlindən alıb", -deyə o bildirib.
Tramp bu tvittdSenders sonra Trampın müalicə sığortası barədəki tvittinin təsvirini yayıb.ə belə vəd edib: "Biz Barak Obamanın müalicə sığortasından daha yaxşı bir müalicə sığortasına malik olacağıq."
Tramp "Obamaker" müalicə sığortasını ləğv və özünün müalicə sığortası proqramını təqdim etdi. Lakin demokratlar ona qarşı çıxaraq, bu proqramı varlıların xeyrinə, zəif və orta təbəqələrin zərərinə adlandırdılar.