Amerikadakı problemlər liberal demokratiyanın çöküşünün nişanəsidir

Amerikadakı problemlər liberal demokratiyanın çöküşünün nişanəsidir

Şeyx Səbahətdin Türkyılmaz sonuncu Cümə xütbəsində ABŞ-dakı olaylardan danışıb

Rasthaber Azərbaycan xəbər verir ki, Belrin İmam Rza İslam Mərkəzinin alimi, Şeyx Səbahətdin Türkyılmaz sonuncu Cümə xütbəsində ABŞ-dakı olaylara işarə edərək aşağıdakı mövzulara diqqət çəkib:

“Yüz illərdir Amerika zəncilərə zülm edir, ikinsi sort insan kimi deyil, heç insan yerinə qoymurlar. Bu irqçilik onların mədəniyyətində var, təbiətində var, təhsillərində var, həyatlarında var. Onların həyat fəlsəfələrində mövcuddur.

Problem Amerikadakı hökümətlərin haqsızlıq və ədalətsizliyi deyil, problem ölkəni idarə edə bilməmək deyil. Trampı dəli, dəngəsiz göstərməyə çalışırlar. Problem Tramp deyil, Trampın digərlərindən fərqi yoxdur.

Probem partiyaların siyasətləri də deyildir, çünki respublikasılarla, demokratların bir fərqi yoxdur. Bu kimi mövzularda eyni düşünüb eyni hərəkət edirlər. İkisi də irqçi zehniyyəti müdafiə edirlər.

Problem ağdərili bir polisin qaradərili bir mülki vətəndaşı öldürməsi deyil sadəcə, yəni fərdi bir xəta deyil.

Problem insanlara baxış açısında, problem zeyniyyətdə, problem insanları rəng, irq və milliyətlərinə görə kateqoriyalara bölməkdədir.

Problem system problemidir, problemin qaynağı rejimdir, problem müdafiə etdikləri və dünyaya hakim qılmaq istədikləri liberal demokratiyadır.

Amerika demokratiyası boğulmuş, illərlə ört-basdır etdikləri, gizlətdikləri pislikləri indi ortaya çıxır.

Sadəcə Amerika deyil digər qərb ölkələr də öz xalqlarına qarşı ədalətli deyillər. İnsan ayrıseçkiliyi edirlər; Amerikalı, Avropalı, Afrikalı, Asiyalı kimi sinifləndirmənin yanında, irq, milliyət ayrıseçkiliyi edərək daha böyük bir zülm işlədirlər.

İnsanların hüquq və azadlıq tələblərinə qarşı bu sistemlərin reaksiyası bu rejimlərin azadsevər deyil modern diktatorlar olduğunu göstərir.

Xalqların etirazları, ədalət, azadlıq, əmniyyət və rifah tələb etmələri İmam Mehdinin (ə.f) zühur əlamətlərindəndir. İnsanlar bəşəri sistemlərdən yorulduqları, onlara nifrət etdikləri və ədaləti bərpa edə bilməyəcəklərinə inandıqları zaman Allah İlahi höccətini göndərəcəkdir, İnşallah…”

Xəbəri paylaş

VİDEOLAR