Amerikada ermənilər Türk restoranına hücum etdi - VİDEO

Amerikada ermənilər Türk restoranına hücum etdi - VİDEO

Kaliforniya ştatının Beverli Hils şəhərində İstanbul restoran kafesinə ermənilər hücum edib

Rasthaber xəbər verir ki,  Beverli Hils Polis İdarəsinin məlumatına əsasən 6-8 nəfərdən ibarət qrup hücum zamanı restoran sahiblərinə xəsarət yetirərək və restoranın əmlakına qarşı vandallıq edərək külli miqdarda ziyan vurub.

Cinayətkarlar Azərbaycan və Türkiyə əleyhinə təhqiramiz ifadələr səsləndiriblər. Restoranın sahibləri arxa qapıdan qaçaraq cinayətkarlardan xilas ola biliblər. Hazırda Beverli Hils polisi hadisəni etnik nifrət zəminində törədilən cinayət kimi araşdırır.

Türk diplomatlar olayla bağlı ABŞ polisinə müraciət ediblər.

Xəbəri paylaş

VİDEOLAR