Amerikanın Suriyadakı talan serialının son bölümündə bu ölkənin buğda və neftini daşıyan 60 yük maşını və tanker Şimali İraqdakı Amerika bazalarına köçürülüb.
Az.rasthaber.com xəbər verir ki, Amerika qüvvələri tərəfindən Suriya buğdası və neftinin oğurlanmasının ardınca bu qüvvələr Suriya buğdası və nefti olan 60 yük maşını və tankeri qarət edərək Şimali İraqdakı bazalarına daşıyıblar.
Əl-Həsəkə əyalətinin Əl-Ərəbiyyə ətrafından yerli mənbələr Suriyanın rəsmi Xəbər Agentliyinə bildiriblər ki, Amerika qüvvələri oğurlanmış Suriya nefti ilə dolu 36 tankerdən ibarət karvanı qeyri-qanuni Əl-Mahmudiyyə keçidi vasitəsilə İraqın şimalındakı Amerika bazalarına daşıyıb.
Bu mənbələr əlavə ediblər: Amerika hərbi maşınlarının müşayiəti ilə neft və buğda daşıyan 24 yük maşını və tankerdən ibarət daha bir karvan Suriyanın Əl-Cəzirə bölgəsindən oğurlanıb və Əl-Validdən qeyri-qanuni keçid yolu ilə ölkəni tərk edib.