Almaniyanın Hizbullahı terror təşkilatı elan etməsində İsrailin rolu var

Almaniyanın Hizbullahı terror təşkilatı elan etməsində İsrailin rolu var

İsrail XİN və Səud XİN Almaniyanın Livanda hökümətin bir hissəsi olan Hizbullah Partiyasını terror təşkilatı elan etməsinə sevinib

Rasthaber Azərbaycan xəbər verir ki, İsrail mediası Almaniyanın Livan Hizbullahını terror təşkilatı elan etməsində İsrailin böyük rolu olduğunu bildirir.

“Al Mayadeen” telekanalı cümə axşamı günü, İsrail mediasına istinadla, Sionist rejiminin Almaniyaya Hizbullahı terror təşkilatı elan etməsinə təsir edəcək yanlış məlumatlar verdiyini açıqlayıb.

Bundan sonra Almaniya daxili işlər naziri Hizbullahla bağlı açıqlama verib və Livan hökümətinin bir hissəsi olan təşkilatı terrorçu elan edib.

Almaniyanın bu açıqlamasından bir neçə dəqiqə sonra isə İsrail XİN rəhbəri Yisrael Katz atdığı twittə bunu təqdir edib.

Qeyd edək ki, Almaniyanın bu qərarına təkcə İsrail sevinməyib, İŞİD, Nusra və digər terror qruplaşmalarının əsas maliyyəçilərindən olan Səudiyyə Ərəbistanı da bu qərarı alqışlayaraq digər ölkələrin bundan örnək götürməsini istəyib.

Xəbəri paylaş

VİDEOLAR