Bu barədə Almaniyanın Deutsche Welle nəşri statistika yayıb
Rasthaber Azərbaycan eastnews-a istinadən verdiyi xəbərə görə, Almaniyada 2020-ci ildə sığınacaq istəyən xaricilərə edilən millətçi hücumlarla bağlı Daxili İşlər Nazirliyi Sosialist Partiyanın sorğusuna cavab verib.
Rəsmi açıqlamada vurğulanır ki, sığınacaq istəyənlərin qaldıqları müvəqqəti yaşayış yerlərinə ötən il 1606 hücum həyata keçirilib. Hücumların 90 faizinin radikal millətçilər tərəfindən həyata keçirildiyi vurğulanıb.
Ekspertlər isə rəqəmlərin hələ də yüksək olduğunu diqqətə çatdırıblar.