Almaniyanın qərbində yerləşən Kusel rayonunda iki polis əməkdaşı güllələnib.
Az.rasthaber.com Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə polis əməkdaşlarının post-patrul xidmətində olduğu zaman baş verib.
Atışma səhər saat 04:20 radələrində Kreisstrasse 22 ünvanında qeydə alınıb. Nəticədə 29 yaşlı kişi və 24 yaşlı qadın polis əməkdaşları aldıqları güllə yaralarından həlak olublar.
Hadisəni törədən şəxs qaçıb. Onun tutulması üçün əməliyyat-axtarış tədbirləri görülür.
Polisdən bildirilib ki, atəş açan şəxslərin sayı, istifadə etdikləri avtomobilin təsviri və qaçdıqları istiqamət məlum deyil.