Almaniyada avtobus qəzaya uğrayıb, onlarla yaralı var

Almaniyada avtobus qəzaya uğrayıb, onlarla yaralı var

Hadisə ilə bağlı ətraflı məlumat verilməyib.

Almaniyanın şimalındakı Vöbbeln yaşayış məntəqəsinin yaxınlığında (Meklenburq-Ön Pomeraniya vilayəti) sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 30 nəfərdən çox insan yaralanıb.

“Report” DPA-ya istinadən xəbər verir ki, bunu Rostok şəhər polisinin nümayəndəsi bildirib.

Məlumata görə, 3 nəfər ağır xəsarət alıb, ancaq onların həyatına təhlükənin olmadığı vurğulanıb.

İnsident şəhərətrafı magistral yolda baş verib. Sürücünün idarəni itirdiyi və bunun nəticəsi olaraq nəqliyyatın yoldan çıxdığı güman edilir.

Hadisə ilə bağlı ətraflı məlumat verilməyib.

Xəbəri paylaş

VİDEOLAR