Almaniya İraqla tərəfdaş ola bilər

Almaniya İraqla tərəfdaş ola bilər

"İraq Almaniyaya neft və qaz tədarükündə tərəfdaş ola bilər."

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts İraq baş naziri Məhəmməd Şiya Sudani ilə birgə keçirilən mətbuat konfransında deyib.

O, İraqın Almaniyaya neft və qaz tədarükündə tərəfdaş ola biləcəyini qeyd edib.

Almaniya kansleri Berlinin İraqda elektrik enerjisi sektoru üçün sabit infrastrukturun yaradılmasını dəstəklədiyini açıqlayıb.

O, İraqda enerji infrastruktur sistemin modernləşdirilməsinə dair İraqın Elektrik Nazirliyinin Siemens şirkəti ilə razılaşmasını alqışlayıb.

Kansler əlavə edib ki, ölkəsi İraqda yeni hökumətin diqqətini iqtisadi islahatlara və iş yerlərinin yaradılmasına yönəltməsini dəstəkləyir.

Xəbəri paylaş

VİDEOLAR