Almaniyanın Bild qəzetinin məlumatına görə, İsrail iyul ayında Hizbullaha qarşı qurudan hücuma keçə bilər.
Az.rasthaber.com xəbər verir ki, Almaniyanın “Bild” qəzeti diplomatik mənbələrə istinadən yazıb ki, Hizbullahın hücumları davam edərsə, İsrail iyul ayında Hizbullaha qarşı qurudan hücuma keçə bilər.
Livan Hizbullah Hərəkatının baş katibi Həsən Nəsrullah son çıxışında bildirib:
“Son 8 ayın müharibə təhdidləri bizi qorxutmur. Müqavimət olaraq biz özümüzü ən pis günlərə hazırladıq."
Oktyabrın 8-dən Livan sərhədində Hizbullah və işğalçı qüvvələr arasında qarşılıqlı hücumlar həyata keçirilir.