Bu haqda partiyanın sözcüsü Leyla Əbdüllətif açıqlama verib.
Rasthaber Azərbaycan xəbər verir ki, İraq Milli Hərəkatı lideri və sabiq baş nazir İyad Allavi, İraqdakı ən ali Şiə Mərcə Ayətullah Seyid Sistaniyə məktub yazaraq kömək istəyib.
Bu haqda partiyanın sözcüsü Leyla Əbdüllətif məlumat verib.
Leyla Əbdüllətif qeyd edib ki, Allavi Ayətullah Sistaniyə yazdığı məktubda, ictimai barışın və milli dialoqun təmin edilməsi üçün rəsmilərin dərhal müdaxilə etməsini xahiş edib və İraqın varlığını təhdid edən problemlər və ixtilaflar səbəbilə sabitliyin pozulduğunu bildirib.
Allavinin məktubunda bildirib ki, ixtilaflar və problemlər sadəcə Şiə siyasi güclərini deyil, Sünni və Kürd siyasi qruplara də mənfi təsir buraxıb.
Allavi insanları hədəfli dialoqa dəvət etmək üçün cümə xütbələrinin yenidən edilməsini də təklif edib.