Allahşükür Paşazadə Portuqaliyaya səfər edəcək

Allahşükür Paşazadə Portuqaliyaya səfər edəcək

18 fevral tarixində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar şurasının 28-ci sessiyasında iştirak etmək üçün Portuqaliyanın paytaxtı Lissabon şəhərinə səfərə yola düşür.

Az.rasthaber.com xəbər verir ki, QMİ-nin Mətbuat Xidmətindən verilən xəbərə görə, sessiya qurumun mənzil-qərargahının yerləşdiyi Lissabon şəhərində fevralın 20-də keçiriləcək. Mərkəzin Katibliyinin yeni rəhbərliyinin iştirakı ilə keçirilən sessiya uzun müddət videokonfrans formatından sonra ilk dəfə əyani baş tutacaq.

KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar şurasının üzvü Şeyxülislam Allahşükür Paşazadə sessiyada əsas məruzəçi qismində çıxış edəcək.

Xəbəri paylaş

VİDEOLAR