AİP-in sədr əvəzi Hacı İlham Əliyevin həbs müddəti uzadılıb

AİP-in sədr əvəzi Hacı İlham Əliyevin həbs müddəti uzadılıb

Bu barədə məlumatı redaksiyamıza Hacı İlham Əliyevin Hüquqlarının İctimai Müdafiə Komitəsinin sədri Akif Heydərli bildirib.

Rasthaber Azərbaycan islamınsəsi saytına istinadən xəbər verir ki, məlumatda deyilir: 

 

“Azərbaycan İslam Partiyasının sədr əvəzi, ilahiyyatçı alim Hacı İlham Əliyevin həbs müddəti oktyabrın 28-dək uzadılmışdır. İ.Əliyevin vəkili Osman Kazımovun bildirdiyinə görə, bu barədə qərar dünən Səbayil Rayon Məhkəməsində verilib.


Hazırda Hacı İlham Əliyev DTX-nın təcridxanasında saxlanılır. Onun istintaqı davam edir. Hacı İlhamın mənəvi-psixoloji durumu, səhhəti normal və qaydasındadır. İ.Əliyev ona qarşı irəli sürülən ittihamları qəbul etmir”.


Xatırladaq ki, Hacı İlham Əliyev 29.02.2020 tarixində günorta, saat 12-13 radələrində Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb və Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə ittiham irəli sürülərək barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qəti imkan tədbiri seçilib.


Qeyd edək ki, ali ruhani təhsili alan İlham Əliyev siyasi fəaliyyətə 2016-cı ildən AİP-in sədr əvəzi kimi başlamışdır. Ailəlidir, iki azyaşlı övladı var."

Xəbəri paylaş

VİDEOLAR