Aİ: Ukraynaya hərbi yardım bizi zəiflətdi

Aİ: Ukraynaya hərbi yardım bizi zəiflətdi

Aİ-nin daxili bazar komissarı bildirib ki, Ukraynaya hərbi yardım göndərilməsindən sonra Avropa İttifaqı hərbi ləvazimatlar, artilleriya və müdafiə sistemləri kimi qüvvələrin çatışmamazlığı problemi yaşayır.

Az.rasthaber.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının daxili bazar üzrə komissarı Thierry Breton bu gün konfrans zamanı bildirib ki, Aİ ölkələri Ukraynanın tələblərinə cavab verərək və onu silahla dəstəkləsə də bu silah-sursat ehtiyatlarını, yüngül və ağır artilleriya, zenit və tank əleyhinə sistemləri, həmçinin zirehli texnika və tankları ehtiyatını tükəndirib.

Josep Borrell mətbuat konfransında deyib ki, Aİ-yə üzv ölkələrin yüksək səviyyəli diplomatları Ukrayna ilə güclü münasibətlərin davam etdirilməsinin zəruriliyi barədə razılaşıblar.

Qeyd etmək lazımdır ki, Avropa İttifaqı Rusiyanın Ukraynaya müdaxiləsinin başladığı 24 fevraldan bəri Moskvaya qarşı altı sanksiya paketi tətbiq edib.

Xəbəri paylaş

VİDEOLAR