Avropa İttifaqı (Aİ) Suriyaya qarşı düşmənçilik hərəkətlərinin davamında 4 suriyalı nazirin adını sanksiya siyahısına əlavə edib.
Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, bu barədə Avropa Şurası dünənki bəyanatında bildirilib.
Bu gündən etibarən, Suriyanın daxili ticarət və istehlakçılara dəstək naziri Əmru Salim, daxili işlər naziri Diyala Bərəkət, əmək və sosial məsələlər naziri Muhəmməd Seyfəddin və informasiya naziri Petros Əlhəllaq-ın adları Avropa Birliyinin sanksiyası altında olan şəxslərin siyahısına salınıb.
Hal-hazırda Suriya hökumətilə əlaqəli olan 287 rəsmi və yetmiş orqan əsassız ittihamlarla Avropa İttifaqının sanksiyalar sıyahısındadır.
Aİ 2011-ci ildən bəri terrorçulara dəstək məqsədi ilə Suriyanı müxtəlif sanksiyalara məruz qoyub.