Avropa Komissiyası yüksək vəzifəli şəxslərin kompüterlərinin “Pegasus” proqramı vasitəsilə sındırıldığını təsdiqləyib.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Avropa Komissiyası bəzi yüksək vəzifəli şəxslərin telefonlarının "Pegasus" casus proqramı tərəfindən sındırıldığına dair əlamətlər aşkar etdiyini bildirib və Avropa Birliyinin Ədliyyə komissarı bununla bağlı daxili araşdırma aparıldığını təsdiqləyib.
Avropa İttifaqının Ədliyyə komissarı Didier Reynders iyulun 25-də hollandiyalı deputat Sofi İnet Valda ünvanladığı məktubda bildirib ki, “Apple” 2021-ci ilin noyabrında “Pegasus” proqramından istifadə edərək mobil telefonunun sındırılması barədə ona məlumat verib.
Qeyd edək ki, bundan öncə ABŞ-ın Dövlət Katibliyində azı doqquz rəsminin “iphone” telefonları İsrail şirkətinin istehsal etdiyi “Pegasus” cəsus proqramı ilə izlənildiyi mlum olub.
Bildirək ki, “NSO Group” şirkətinin istehsal etdiyi və bir çox ölkə hakimiyyətlərinə satdığı “Pegasus” cəsus proqramı təkcə android sistemləri deyil, Apple telefonlarına da sıza bilir və oradakı bütün məlumatları ötürə bilir. Pegasus iPhone və Android cihazlarına yoluxur və operatorlara mesajlar, fotoşəkillər və e-poçtlar çıxarmaq, zəngləri qeyd etmək və mikrofonları gizlicə aktivləşdirmək imkanı verir.
ABŞ İsrailin “NSO Group” şirkətini qara siyahıya salıb. ABŞ Ticarət Departamenti bildirib ki, onların bu qadağa qərarı şirkət tərəfindən istehsal edilən casus proqram təminatının xarici hökumətlərin rəsmilər, jurnalistlər, iş adamları, fəallar, elm adamları və səfirlik əməkdaşlarına qarşı istifadə edildiyinə dair sübutlara əsaslanıb.