Aİ ölkələrinin XİN başçıları Qarabağ məsələsi ilə bağlı müzakirə aparacaq

Aİ ölkələrinin XİN başçıları Qarabağ məsələsi ilə bağlı müzakirə aparacaq

"Siyasi həll yolunu tapmaq üçün zəruri olan atəşkəsi alqışlayırıq"

Az.rasthaber.com "İnterfaks"-a istinadən xəbər verir ki, Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Dağlıq Qarabağdakı vəziyyəti nəzərdən keçirəcək.

“Siyasi həll yolunu tapmaq üçün zəruri olan atəşkəsi alqışlayırıq. Aİ üzvü olan Fransa ATƏT-in Minsk qrupunun həmsədridir və Avropa İttifaqı bu münaqişənin həllində siyasi rol oynamaq istəyir. Nazirlərin görüşündə bu məsələ müzakirə mövzusu olacaq”, - Aİ rəsmisi söyləyib.

Xatırladaq ki, daha əvvəl Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat imzalayıblar.

 

Xəbəri paylaş

VİDEOLAR