Avropa İttifaqına (Aİ) üzv ölkələrdən biri Ukraynanın NATO-nun Kiber Təhlükəsizlik sahəsində Əməkdaşlıq Mərkəzinə (NATO Kiber Mərkəz) qoşulmasını əngəlləyib.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib.
“NATO-nun Kiber Mərkəzi var. Keçən yay biz ora müvafiq sənədləri təqdim etdik, bütün yoxlamalardan keçdik. Orada da, NATO-da olduğu kimi, qərarlar konsensusla qəbul edilir. Beləliklə, Avropa ölkələrindən biri bizim bu qurumda iştirakımıza icazə vermədi”, - o qeyd edib.
Danilov Aİ üzvünün belə bir addımını səmimi olmayan tərəfdaşlıq kimi qiymətləndirdiyini deyib: “Bu, Aİ ölkəsidir, bizim qonşularımızdır. Bizdən imtina etdilər”.