Aİ İsrailin Qəzzada yardım işçilərini öldürməsini pisləyib

Aİ İsrailin Qəzzada yardım işçilərini öldürməsini pisləyib

Avropa İttifaqı (Aİ) Qəzzada humanitar yardım fəaliyyətləri göstərən "World Central Kitchen" (WCK) işçilərinin İsrailin hücumunda öldürülməsini pisləyib.

Az.rasthaber.com xəbər verir ki, Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin və Aİ Komissiyasının böhranların idarə edilməsi və humanitar yardımdan məsul üzvü Janez Lenarcic sosial media platforması "X" hesabında dünən İsrailin hücumunda humanitar yardım işçilərinin öldürülməsinə reaksiya verib.

C.Borrell "Hücumu pisləyirəm və araşdırmaya çağırıram. Mülki əhalinin və humanitar işçilərin müdafiəsi ilə bağlı bütün tələblərə baxmayaraq, yenə də günahsız insanların öldüyünü görürük”, Borrell deyib.

Lenarcic də "Qəzzada humanitar işçilərə qarşı növbəti hücumu qınayıram. Buna son qoyulmalıdır. Dərhal atəşkəs" mesajını paylaşıb.

İngiltərənin xarici işlər naziri Devid Kameron da İsraili Qəzzada WCK əməkdaşlarınınöldürülməsi ilə bağlı dərhal araşdırma başlatmağa çağırdıqlarını bildirib.

Misir Xarici İşlər Nazirliyi də hücumla bağlı təcili və ciddi araşdırmaya çağırıb.

Polşa Xarici İşlər Nazirliyi də “Beynəlxalq humanitar hüquqa və humanitar işçilər də daxil olmaqla, mülki şəxslərin (Qəzzada) müdafiəsinə məhəl qoyulmamasına etiraz edirik”, deyə bildirib.

Qeyd edək ki, ABŞ-da yerləşən beynəlxalq yardım təşkilatı WCK İsrailin Qəzzaya dünənki hücumu nəticəsində 7 əməkdaşının öldüyünü bildirib.

WCK-dan verilən açıqlamada "Bu faciədir. Humanitar işçilər və mülki şəxslər heç vaxt hədəf olmamalıdır" deyilib.

Xəbəri paylaş

VİDEOLAR