Aİ: İsrailin Fələstin cəmiyyət qurumlarına hücumu qəbuledilməzdir

Aİ: İsrailin Fələstin cəmiyyət qurumlarına hücumu qəbuledilməzdir

Aİ xarici siyasət rəhbəri sionist İsrail rejiminin işğal etdiyi Fələstin torpaqlarında yerləşən 6 quruma hücumuna görə dərin narahatlığını ifadə edib.

Az.rasthaber.com "İslamTimes"a istinadən xəbər verir ki, Fələstinin “VAFA” xəbər agentliyinin məlumatına görə, Aİ-nin xarici siyasət rəsmisi Cozep Borrel mətbuata açıqlamasında deyib: Aİ avqustun 18-də İsrail işğalçı qüvvələrinin Fələstinin 6 vətəndaş cəmiyyəti təşkilatının ofislərinə hücumunu və digər addımlarını şiddətlə qınayır.
O cümlədən, Aİ rəsmisi işğal olunmuş ərazilərdə mülki şəxslərin və Fələstin icmasının fəaliyyətini məhdudlaşdırmaq məqsədi ilə bu qurumların əməkdaşlarının həbsi və dindirilməsi kimi narahatedici hərəkətləri qəbuledilməz hesab etdiyini deyib.
Avropa İttifaqının xarici siyasət rəsmisi Borrel sözlərinə əlavə edərək dseyib: "Demokratik dəyərlər və “iki dövlət” prinsipinə əsaslanan həll yolunu gücləndirmək üçün azad və güclü vətəndaş cəmiyyəti zəruridir.

Xəbəri paylaş

VİDEOLAR