Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Az.rasthaber.com xəbər verir ki, Ağstafa Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən dekabrın 23-də şəhər bazarında şəhər sakini T.Zeynalovdan 108 ədəd pirotexniki vasitə aşkar edilərək götürülüb.
T.Zeynalov barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (istehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi (göstərilməsi)) maddəsi ilə protokol tərtib edilib və toplanmış material rayon məhkəməsinə göndərilib.