Ağdaşda məscidin ətrafı zibilliyə çevrilib

Ağdaşda məscidin ətrafı zibilliyə çevrilib

Ağdaş rayonunda yerləşən Hacı Məhəmməd məscidinin ətrafı məişət tullantıları ilə qalaqlanıb.

Az.rasthaber.com "Oxu.az"-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, 19-cu əsrə aid Hacı Məhəmməd məscidinin ətrafı zibilxanaya çevrilib.

Məscid Mədəniyyət Nazirliyi tərəfindən qorunur.

Xəbəri paylaş

VİDEOLAR