Jen Psaki Ağ Evdə təşkil edilən gündəlik mətbuat konfransında ABŞ Prezidenti Co Baydenin Putinlə bağlı dediklərinə münasibət bildirib
Jen Psaki Ağ Evdə təşkil edilən gündəlik mətbuat konfransında ABŞ Prezidenti Co Baydenin Rusiya Prezidenti Vladimir Putinə “qatil” deməsi ilə iki ölkə arasında başlayan gərginlik və Rusiyanın Vaşinqton səfirini Moskvaya çağırmasına münasibət bildirib.
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki,Psaki Rusiyanın atdığı addımlara dair məlumat sahibi olduqlarını, yeni rəhbərliyin bu ölkə ilə əlaqəlirinin Tramp dövründəkindən fərqli olacağını, etdiklərinə dair hesab verməsinin tələb ediləcəyini, narahatlıq doğuran sahələrdə birbaşa addımlar atacaqlarını qeyd edib.
Rus dissident Aleksey Navalnın zəhərlənməsi ilə əlaqəli kəşfiyyat hesabatını yaydıqlarını xatırladıb. Bütün bunlara baxmayaraq iki ölkənin əməkdaşlıq edəbiləcəyi sahələrin də olduğunu ifadə edən Psaki “Nuy Start” və nüvə silahların iuxtisarı razılaşmalarını buna nümunə göstərib və Baydenin Putinlə etdiyi telefon danışığında ABŞ-ın Rusiyanın "pis niyyətli" hərəkətlərinə cavab verəcəyini səsləndirdiyini bildirib. “Konqres və başqaları idrak etməlidilər ki, bizi bölməyə çalışan Rusiya kimi düşmənlərimizə qarşı izləyəcəyimiz strategiya, onların taktikalarını ifşa etmək olacaq. Dünya bunun fərqindədir” deyib.