Ağ Ev qarşısında Fələstinə dəstək nümayişi keçirilib

Ağ Ev qarşısında Fələstinə dəstək nümayişi keçirilib

Vaşinqtonda Ağ Evin qarşısına toplaşan minlərlə etirazçı sionist rejimin Qəzza zolağına hərbi hücumlarına son qoyulmasını tələb ediblər.

Az.rasthaber.org xəbər verir ki, etirazçılar əllərində “Co soyqırımına səs verməyin” yazısı olan lövhələr tutmuş, "Baydenin əlləri qana boyanıb"; “Yaşasın Qəzza” plakatları qaldırıblar.

Bundan əlavə, İngiltərədə minlərlə insan Londonda ABŞ və Böyük Britaniyanın Yəmənə qarşı son hərbi hücumu və sionist rejimin Qəzzədə vəhşicəsinə qətllər törətməsinə qarşı etiraz aksiyası keçirib.

Fələstin bayraqları daşıyan etirazçılar “İşğala son” və “Fələstini azad edin” şüarları səsləndiriblər.

Aksiya iştirakçıları İngiltərənin baş naziri Rişi Sunak və ABŞ prezidenti Co Baydenin maskalarını taxaraq ABŞ və Böyük Britaniyanın sionist rejimə qeyd-şərtsiz dəstəyinə etiraz ediblər.

Xəbəri paylaş

VİDEOLAR