Afrikanın Buynuz regionunda 13 milyon nəfər aclıq fəlakəti ilə üz-üzədir

Afrikanın Buynuz regionunda 13 milyon nəfər aclıq fəlakəti ilə üz-üzədir

BMT-nin Dünya Ərzaq Proqramı (WFP) bəyan edib ki, Afrikanın Buynuz bölgəsində quraqlıq nəticəsində 13 milyon insan aclıq fəlakəti ilə üzləşib.

Az.rasthaber.com AZƏRTAC-a istinadən xəbər verir ki, Somali, Keniya və Sudanın da daxil olduğu region ölkələrində bu cür fəlakət son dəfə 1981-ci ildə baş verib.

BMT donor ölkələri əlavə vəsait ayırmağa və insanların həyatını xilas etməyə çağırıb. WFP bildirib ki, əhalini aclıqdan qurtarmaq üçün 327 milyon dollar məbləğində vəsaitə ehtiyac var.

BMT onu da əlavə edib ki, quraqlıq və otlaq yerlərinin yox olması Afrika ölkələrində icmalar arasında münaqişələrin sayını də artırır.

Hazırda silahlı münaqişələr və hərbi çevrilişlərin baş verdiyi Afrika ölkələri arasında ən ağır vəziyyətin Efiopiyada olduğu bildirilir. UNICEF-in hesabatına görə, bu ölkədə 6 milyon insan aclıq çəkir.

Qonşu Somalidə vəziyyət daha da acınacaqlıdır. Belə ki, qitənin ən yoxsul ölkələrindən birində 7 milyon nəfərin ərzaq yardımına ehtiyacı var.

Xəbəri paylaş

VİDEOLAR