Afrikalı diplomat: Qərb ölkələrinin Qara Qitədəki təsiri itib

Afrikalı diplomat: Qərb ölkələrinin Qara Qitədəki təsiri itib

Eritreyanın Rusiyadakı səfiri Qərb ölkələrinin, xüsusilə ABŞ və Fransanın Afrika qitəsində mövqelərinin zəifləməsindən danışıb.

Az.rasthaber.com xəbər verir ki, Eritreyanın Moskvadakı səfiri "Betros Tsiqai" Novosti ilə söhbətində vurğulayıb: "Amerika və Fransa Afrika qitəsində hökmranlıq edəndə onlara qarşı çıxmaq çətin idi, amma indiki vəziyyətdə başqa bir dünya formalaşır və afrikalılar azadlıq havası ilə nəfəs ala bilirlər!"

O əlavə edib: Bu vəziyyət müxtəlif Afrika ölkələrini, Eritreya kimi ölkələri gələcəyə ümidləndirdi, çünki hal-hazırki vəziyyətdə işlər düzgün yoldadır.

Bu diplomat daha sonra vurğulayıb ki, müstəmləkə ölkələrinin təzyiqlərinə müqavimət göstərmək çətindir lakin bəzi Afrika ölkələri hələ də Qərb dövlətlərindən asılıdır.

Xəbəri paylaş

VİDEOLAR