Hadisə üsyançıların hücumundan sonra baş verib
Rasthaber Azərbaycan RİA-ya istinadən xəbər verir ki, Mərkəzi Afrika Respublikasında (MAR) üsyançıların hücumundan sonra BMT-in 3 sülhməramlısı həlak olub.
“Dekoada Burundidən olan 3 sülhməramlı qətlə yetirilib, daha ikisi də yaralanıb”, – deyə BMT rəsmisi bildirib.
Əlavə edilib ki, BMT Baş katibi naməlum silahlı üsyançıların MAR hərbçilərinə və BMT missiyasına hücumunu pisləyir.
BMT Baş katibi hadisənin araşdırılmasına dair çağırış edib.