Afrika Birliyi (AfB) Sudandakı çevriliş cəhdini qınayıb.
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Afrika Birliyinin yaydığı açıqlamada AfB Komissiyasının sədri Musa Faki Məhəmmədin Sudan xalqının canını qurban verdiyi və AfB-nin də bütün gücü ilə dəstəklədiyi Sudandakı keçid dövrünü devirməyi məqsəd götürən uğursuz cəhdini qınadığı ifadə edilib.
Açıqlamada Məhəmmədin çevriliş cəhdini uğursuzlukla nəticələndirən Sudan xalqını təbrik etdiyi vurğulanıb.
Mülki və ya hərbi bütün milli qüvvələrin iradəsinə əsaslanan keçid dövrünün qanuni avtoritetlərinə sadiq qalınması tövsiyə edilən açıqlamada konstitusiyaya, siyasi müqavilələrə və Cənubi Sudanın paytaxtı Cubada 3 oktyabr 2020-ci ildə imzalanan sülh müqaviləsinə sadiq qalınması, azad, şəffaf və demokratik seçkilərə aparacaq keçid dövrünü uğurlu etmək üçün güclü iradə ilə addım atılmasına çağrılıb.
Qeyd edək ki, Sudanın paytaxtı Xartumda bir qrup əsgər bir sıra hərbi maşınları ələ keçirərək uğursuz çevrilişə cəhd etdi.
Çevriliş cəhdində iştirak edən 40 zabitin saxlanıldığı açıqlandı.