Adanada İŞİD-ə qarşı anti-terror əməliyyatı keçirilib
Rasthaber Azərbaycan İHA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında Adanada İŞİD terror qruplaşmasına qarşı anti-terror əməliyyatı keçirilib.
Adana Polis İdarəsinin Anti-Terror İdarəsinin əməkdaşları eyni anda bir neçə İŞİD terror quplşamasına üzv olmaqda şübhəli bilinənlərin evlərinə basqı həyata keçiriblər.
Məlumata görə, əməliyyat zamanı bir neçə şübhəli saxlanılıb.
Saxlanılan şəxslərin kimliyi və hansı ölkə vətəndaşı olduqları açıqlanmayıb.