Türkiyənin Adana şəhərində FETÖ terror qruplaşmasının ordudakı üzvlərinə qarşı əməliyyat keçirilib
Türkiyənin Adana şəhərində FETÖ terror qruplaşmasının ordudakı üzvlərinə qarşı əməliyyat keçirilib, 10 nəfər saxlanılıb.
Rasthaber Azərbaycan xəbər verir ki, bu gün səhər saatlarında keçirilən əməliyyat zamanı saxlanılanlar tibbi yoxlanışdan keçirildikdən sonra polis müstəntiqlərinin dindirilməsinə göndərilib.
Saxlanılanların kimliyi haqqında açıqlama verilməyib.