Bu barədə “Beynəxalq Böhran Qrupu” (BBQ) QHT bəyan edib.
Az.rasthaber.com AA-ya istinadən xəbər verir ki, Əfqanıstanda davam etməkdə olan aclıq ölkədə son 20 ildə davam edən müharibədən çox can ala bilər.
Əgər beynəlxalq ictimaiyyət Əfqanıstanı dəstəkləməsə, bu ölkədə yoxsulluq və aclıqdan ölən insanların sayı dəfələrlə artacaq.
Əfqanıstandakı iqtisadi böhran son bir neçə ayda daha 1 milyon insanın ərzaq çatışmazlığı təhlükəsizliyi ilə üzləşməsinə səbəb olub, soyuqların yaxınlaşması ilə isə humanitar böhran faciəvi miqyas alacaq.
Ölkədəki iqtisadi böhranın səbəbi Əfqanıstana edilən xarici yardımın dayandırılmasıdır.
Bununla bağlı olaraq, BBQ dünya ictimaiyyətini Əfqanıstanın hazırkı müvəqqəti hökuməti ilə əməkdaşlığa çağırıb.
Əks halda, aclıq, miqrasiya, terror təhdidi, qanunsuz narkotik maddə dövriyyəsinin təhlükəli nəticələri ilə “barışmalı” olacağıq.