ABŞ Zelenskidən Rusiya ilə danışıqlar aparmasını istəyib

ABŞ Zelenskidən Rusiya ilə danışıqlar aparmasını istəyib

Wall Street Journal yazır ki, Baydenin milli təhlükəsizlik müşaviri Jake Sullivan Ukrayna prezidenti Vladimir Zelenskiyə Rusiya ilə mümkün danışıqlarda “real” mövqe tutmağı tövsiyə edib.

Az.rasthaber.com xəbər verir ki, diplomatların sözlərinə görə, noyabrın 4-də Kiyevə səfəri zamanı Sullivan Zelenskiyə çatdırıb ki, o və onun rəsmiləri danışıqlar üçün real tələblər və prioritetlər formalaşdırmalıdırlar.
Vaşinqton həmçinin təklif etdi ki, Kiyev təsir rıçaqları əldə etmək üçün Rusiya ilə danışıqlar aparmaq fikrini qəbul etməlidir.
Qeyd edək ki, bu ayın əvvəlində Zelenski Rusiya ilə sülh danışıqlarının şərtlərini təqdim edib. O razılaşma mətnində, Ukraynanın ərazi bütövlüyünün bərpasını, BMT Nizamnaməsinə hörmət edilməsini, bütün müharibə zərərlərinin ödənilməsini və münaqişənin təkrarlanmamasına dair təminat verilməsini tələb edib.

Xəbəri paylaş

VİDEOLAR