ABŞ Yəmənin müxtəlif bölgələrini 22 dəfə bombalayıb

ABŞ Yəmənin müxtəlif bölgələrini 22 dəfə bombalayıb

Xəbər mənbələri bildiriblər ki, ABŞ Yəmənə qarşı təcavüzkar hücumlarını davam etdirərək, çərşənbə axşamı səhərindən etibarən ölkənin müxtəlif bölgələrini 22 dəfə bombalayıb.

Az.rasthaber.com xəbər verir ki, bu gün səhər saatlarından etibarən ABŞ hərbçiləri Yəmənin paytaxtı Səna və Marib və Hudeydə əyalətlərinə 22 hava hücumu həyata keçirib.

Marib vilayətinin Məczər rayonuna bu gün səhər saatlarından etibarən üç dəfə hava hücumu ilə zərbə endirilib.

Amerika qırıcıları Marib əyalətinin Hərib rayonundakı Əl-Cəfrə bölgəsini də beş dəfə hədəfə alıb.

Sənanın şərqindəki Bəni Həşiş bölgəsindəki Əl-Cüməimə bölgəsi də ABŞ-ın hava hücumlarının hədəf aldığı bölgələr arasında olub.

Amerika qırıcıları habelə Hudeydə əyalətinin qərbindəki Kəmran adasını iki dəfə bombalayıb.

ABŞ ordusu son həftələr Yəmənin müxtəlif bölgələrinə hava hücumlarının intensivliyini artırıb. Bu təcavüzkar hücumlar Yəmən ordusu və xalqının Fələstin xalqına verdiyi dəstək səbəbindən həyata keçirilir.

Xəbəri paylaş

VİDEOLAR