ABŞ Yəmənə yenidən hücum edib

ABŞ Yəmənə yenidən hücum edib

Yəmənin Ənsarullah Hərəkatı ABŞ-ın ölkənin şimalındakı Səda şəhərinə hava hücumu təşkil etdiyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, məsələ ilə bağlı məlumat Husilərə bağlı Əl-Məsirə televiziyasının xəbərlərində verilib.

Xəbərdə ABŞ-ın hücumunda Səda şəhərinin Mecez rayonunun Tahiyye bölgəsinin hədəf alındığı bildirilib.

Televiziya hesabatında hücumun təfərrüatları verilməyib.

Yəmənin Ənsarullah Hərəkatı martın 7-də verdiyi açıqlamada, yardımların Qəzzaya daxil olmasına icazə verməsi üçün İsrailə 4 gün vaxt verdiyini, əks halda İsrailə qarşı dəniz əməliyyatlarına yenidən başlayacağını bildirmişdi.

Xəbəri paylaş

VİDEOLAR